Gunxeber.Az xəbər verir ki, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Publik Hüquqi şəxsin “Tibb və təbiət elmləri” Fənn Birləşmə Komissiyasının “Tibb bacısı(qardaşı) işi” ixtisasında təhsil alan tələbələrin iştirakı, FBK sədri Elşən Həsənovun təşkilatçılığı ilə “7 aprel -Ümumdünya Sağlamlıq Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasənın Himnin səsləndirilməsi ilə başladı. Tədbirdə kollecin Tədris-təbiyyə işləri üzrə direktor müavini Ülviyyə Nəzərova, şöbə müdiri Kamalə Hüseynova, metodist Ülviyyə Əliyeva tələbələrə mental sağlamlıq barədə ətraflı məlumat verdi.

FBK sədri Elşən Həsənov mental sağlamlığın tibbi aspektlərini tələbələrə çatdırdı.
Tələbələrin sualları cavablandırıldı.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkildi.