15 May 2025
FB_IMG_1746611326744

Vətəndaş məmnuniyyəti bizim əsas hədəfimizdir. Gəndov kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən bostan və təsərrüfat sahələrinin suvarılmasında çətinliklər yaradan su arxının bərpası ilə bağlı müraciət daxil olmuşdu.

Verilən tövsiyə və tapşırıqlara uyğun olaraq, qısa müddətdə müvafiq tədbirlər görülüb və problem aradan qaldırılıb. Bununla yanaşı, kənd ərazisində qəzalı işıq dirəkləri dəyişdirilib, elektrik naqilləri təmir olunmuşdur. Şəhid ailəsinin yaşadığı məhəllənin yolunun təmiri ilə bağlı müraciəti nəzərə alınaraq ərazidə təmir işləri aparılmış və yol səliqəyə salınmışdır.

Sakinlərin rahatlığı və rifahı bundan sonra da fəaliyyətimizin əsas istiqaməti olaraq qalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir