
AFFA-nın dəstəyi ilə “Azərbaycan Media Liqası”nın ikinci mövsümün açılış mərasimi baş tutub.
Gunxeber.az məlumat verir ki, kubok formatında keçirilən turnirdə 4 komanda iştirak edir. Liqa “Do Kontsa”, “UnderGame”, “White Wolves” və “Black Bulls” komandalardan ibarətdir.
“Azərbaycan Media Liqası”nın ilk şou xarakterli oyununu 16 sentyabr 2023-cü ildə keçirilib, ölkənin ən reytingli media layihələrindən biri olmağı bacarıb. Nuqzar Kvirtiya, Ziya Əliyev, Tamerlan İmanovun və Ələkbər Quliyev təşkilatçılığı ilə ikinci mövsüm artıq tam liqa, özündə iki yarımfinal və bir final oyunu formatında keçirilib.
8 may tarixində “Black Bulls” və “White Wolves” ilk yarımfinal oyununu keçirilib və 0-1 hesabı ilə qalib gələn “White Wolves” komandası finala yüksəlib. İkinci yarımfinal mayın 12-si “Do Kontsa” – “UnderGame” komandalarının oyunu ilə tamamlanacaq. Final oyunu mayın 17-si keçiriləcək. Bütün oyunlar “ASCO Arena”da keçiriləcək və giriş sərbəst (pulsuz) olacaq.
ÜLKƏR RƏHMANQIZI