15 May 2025
baliqci

Lənkəran rayonunda balıqçı bədbəxt hadisə nəticəsində ölüb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Velədi kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1966-cı il təvəllüdlü Əzizağa Şirəli oğlu Ağayev çayda balıq tutmağa gedib. O, qarmağı çaya atarkən yüksəkgərginlikli elektrik xəttinə ilişib. Nəticədə Ə.Ağayevi elektrik cərəyanı vurub öldürüb.

Onun meyiti sakinlər tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir