
Böyük uğurlar, sadəcə şəhər məktəblərində və ya elit təhsil ocaqlarında doğulmur. Əsl uğur, həm də kənd müəlliminin əzmi, fədakarlığı və sevgisi ilə böyüyən şagirdlərin qəlbində formalaşır.
Bu gün 200+ bal toplayan 64 şagird bizim zəhmətimizin, inadımızın və təhsil sevgimizin ən gözəl sübutudur.
Kənd məktəbində müəllim olmaq təkcə dərs keçmək deyil. Bu,yol göstərmək, ümid vermək, gələcəyə körpü salmaq deməkdir. Bizim verdiyimiz biliklər, formalaşdırdığımız düşüncə tərzi, yaratdığımız motivasiya bu gənclərin həyatlarını dəyişib. Onlar yalnız testlərdə uğur qazanmadılar, onlar özlərini kəşf etdilər, yeni üfüqlər açdılar və bilik gücü ilə gələcəyə addım atdılar.
Bu uğur,sadəcə,rəqəm deyil. Bu,64 qəlbin arzulara çatmaq üçün göstərdiyi zəhmət, müəllimlərinin verdiyi güvən və kənd məktəbinin sübut etdiyi potensialdır. Bugünkü nəticə həm şagirdlərimizin, həm də bizim zəhmətimizin layiqli mükafatıdır. Hər bir dərs, hər bir tövsiyə və hər bir dəstək gəncləri bu zirvəyə aparıb.