
Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Xalça muzeyi filialınin təşkilatçılığı ilə 02.05 2025-ci il tarixində “5 May Xalçaçı günü” nə həsr olunmuş “İlmələrin sehrində” adlı tədbir sərgi keçirilib.
Əlamətdar gün ilə bağlı Xaçmaz İstirahət parkında muzeyin fondunda qorunan xalça məmulatlarının sərgisi təşkil olunub.
Xaçmaz şəhər Mehman Babayev adina1 nömrəli orta məktəbin şagirdləri və tədbir iştirakçıları sərgi ilə tanış olub.
Muzeyin əməkdaşı Dilarə Rüstəmovanın təqdimatında şagirdlərə Azərbaycanda mövcud olan xalçaçılıq qrupları, ayrı ayrı bölgələrin xalça elementləri, toxunuş texnikaları, xalçaçılığın yaranma və keçdiyi inkişaf yolu, xovlu xovsuz xalçalar haqqında ətraflı məlumat verib.
Tədbirdə şagirdlərə və iştirakçılara Xaçmaz xalçaçılıq məktəbi,uzun illər fəaliyyət göstərən xalça sexi, peşəkar xalçaçılar haqqında da məlumat verilib