Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində qeydə alınıb.

Şəhər ərazisində “Mitsubishi” və KIA markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Mitsubishi”də olan sərnişin, 16 yaşlı Sərxan Zöhrabov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.