Ağsu rayonunda 33 yaşlı kişiyə xəsarət yetirilib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Murad Muradov aralarında yaranmış mübahisə zəminində tanışı, 1993-cü il təvəllüdlü Ağamir Əkbərliyə şüşə qırıntısı ilə ağır xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.