Ağcabədi rayonunda 6 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.
Gunxeber.az-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, 6 yaşlı S.B sözügedən faktla bağlı Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.






