Abşeronda 43 yaşlı qadın dəm qazından boğulub.
Gunxeber.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Güzdək qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş verib.
Həmin evdə yaşayan 1983-cü il təvəllüdlü E.Seyidova dünən axşam saatlarında evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.






