Goranboyda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən 15 yaşlı A.Əliyevanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.