“Milli – mənəvi dəyərlərimiz” adlı layihə çərçivəsində Azərbaycanda milli əxlaq rəmzi olan milli geyimlərdən ibarət olan tele-müsabiqəyə start verilib.
“Milli-mənəvi dəyərlərimiz” layihəsinin ideya müəllifi və rəhbəri Elnurə Eldarqızı Gunxəbər.Az-a açıqlanmasında bildirib ki, müsabiqənin məqsədi – geyim əxlaqımızı gənclər arasında nümayiş etdirib, milli geyimlərimizi maksimum dərəcədə nümayiş edərək təbliğ etməkdir: “Gələcək nəsil ailədən formalaşır. Milli əxlaqda, ailədə olunan təbliğdən doğur. Bunun üçün, məhz ailə quran gənclərə, milli geyimlərə olan həvəsi müsabiqə formatında nümayiş etdirməyçün bu cür layihəyə start verdim. Müsabiqənin şərtlərindən biridə, el şənliyinə gələn qonaqların da, minimum 25 % nin milli geyimdə olmasıdır. Böyuklərdən baxıb, gənclərdə nümunə götürsün deyə. Düşünürəm ki, milli geyimi təkcə muzey və Novruz bayramında deyil, ən əziz günlərimizdə, Nişan, Xına və toy şənliklərində də geyinmək lazımdır. Məhz bu el şənlikləri, milli və mənəvi dəyərlərimizin kötuyü hesab olunur.
Mədəniyyət isə məhz ailənin daxilindən başlayır. Həmçinin, estetik əxlaqımızında daha da genişləndirilməsi üçün müsbət effekt verməsinə ümid edirəm. Azərbaycan xanımı və bəyi rəmzi olan milli geyimlərimizi el şənliklərində geyinməsək və öz daxilimizdə nümayiş etməsək, yeniyetmələrə ailə daxilində bu cür nümayiş etməsək, müasirliyə gün günnən addım atan mənəvi təsirlər içində itirə itirə gedə bilərik”.






