Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialının təşkilatçılığı və dəstəyi ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında növbəti Əmək Yarmarkası keçirilib.

Yarmarkada 15 işəgötürən tərəfindən müxtəlif sahələr üzrə ümumilikdə 110-dan çox vakansiya təqdim olunub.
Tədbirdə 300-dən çox şəxs iştirak edib, onlara vakansiyalar üzrə iş şərtləri və tələblər barədə ətraflı məlumat verilib.
Müraciət edən şəxslərin CV-ləri qəbul olunub, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Eyni zamanda, işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları, peşə hazırlığı imkanları və müraciət qaydaları barədə də geniş məlumat verilib, ilkin sorğular həyata keçirilib.

Təşkilatçılıq üçün Eyyub müəllimə, xoş qarşılama üçün Jalil müəllimə təşəkkürlər.

Tələbələrimizlə iştirak üçün gözəl şərait yaradılmışdı.