Ağciyər Xəstəlikləri Mərkəzinə direktor TƏYİNATI

Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilovun təqdimatı ilə Mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub.

Qeyd edək ki, Nəhmət Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir