Avtobus sürücülərinin dayanacaqda yaratdığı VƏZİYYƏT

Paytaxtın Nizami rayonunda “8-ci kilometr bazarı” adlanan ərazidə avtobusların düzgün dayanmaması sıxlığın yaranmasına və digər sürücülərin haqlı narazılığına gətirib çıxarıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Baku.ws-in “qaynar xətti”nə müraciət daxil olub.

Bildirilib ki, avtobusların yanlış dayanması nəticəsində yolun 3 zolağı tutulub. Bu da yolun həmin hissəsində nəqliyyatın hərəkətini çətinləşdirib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir