Gəncədə su qızdırıcısının partlaması nəticəsində xəsarət alan şəxs 13 gün sonra xəstəxanada ölüb.

Gunxeber.Az xəbər verir ki, ağır yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Əli Xudiyev bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, martın 15-də mərhumun işlədiyi zavodda su qızdırıcısı partlayıbmış.

Faktla bağlı araşdırma aparılır.