Yazıçı, publisist, Azərbaycan Dillər Universitetinin müəllimi Nicat Həşimzadənin “Sərhədsiz yazılar” kitabının imza günü keçirilib. İmza günündə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın müşaviri Anar Osmanlı, ADU-nun Tərcümə Fakültəsinin rəhbəri Bənövşə Məmmədova, ADU-nun professoru Şəhla Nağıyeva, tanınmış ədəbi imzalar Rəfail Tağızadə, Süleyman Abdulla, Azər Qismət, Vaqif Osmanlı, Əli Şirin Şükürlü, Kənan Hacı, Tehran Əlişanoğlu, Məqsəd Nur, tanınmış telejurnalistlər Elçin Əlibəyli, Müsəllim Həsənov kimi tanınmış şəxslər iştirak edib. Kitab tanınmış gənc şair, mərhum Rauf Ranın əziz xatirəsinə həsr edilib. İmza gününün açılışında müəllif Nicat Həşimzadə Rauf Ra ilə bağlı xatirələrini bölüşüb, şeirlərini səsləndirib.
Daha sonra ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı akademik Kamal Abdullanın ədəbiyyata, gənc yazıçılara dəstəyindən bəhs etdi, Nicat Həşimzadənin ADU-nun Bədii tərcümə klubunun rəhbəri və Tərcümə Fakültəsinin müəllimi Nicat Həşimzadənin müəllim kimi uğurlarını, tələbələrin sevgisini qazanmasını xüsusən vuğurladı. Tərcümə Fakültəsinin dekanı Bənövşə Məmmədova müəllifin ədəbi uğurlarından və müəllimlik fəaliyyətindən bəhs edib.
Tanınmış ədəbi imzalar çıxışlarında Nicat Həşimzadənin son on ildəki ədəbi fəaliyyətini yüksək qiymətləndiriblər.
Leave a Reply