Qazaxda 25 yaşlı qadın dərmandan zəhərlənərək ÖLDÜ

Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb.

GuNXeBeR.Az  xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Belə ki, 25 yaşlı A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.

A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir