Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovun sədrliyi ilə 2024-cü ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əməkdaşları, rayonlar üzrə nümayəndələr və tabeli müəssisələrin rəhbərləri iştirak edib.

Yığıncaqda Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının nümayəndələrinin il ərzində görülən işlər barədə hesabatı dinlənilib, təkliflər müzakirə olunub. Yekun nitqi ilə çıxış edən İdarə rəisi Şahin Şahbazov mədəniyyət müəssisələrinin fəaliyyətlərinin müxtəlif aspektlərinə toxunaraq, əldə olunmuş uğurlardan, yol verilmiş nöqsanlardan, növbəti ildə qarşıda duran vəzifələrdən danışıb, problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib və 2025-ci il üzrə əsas prioritetlər müəyyən olunub.