Zəngilanda irigövdəli ağacın aşması nəticəsində magistral yol bağlanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonu, Zəngilan-Mincivan yolunun 10-cu km-də irigövdəli ağacın aşması və nəticədə magistral yolun bağlanması barədə məlumat daxil olub.

GuNXeBeR.Az xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan Rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacı hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

YouTube player

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir