Bakıda avtobus piyadanı vuraraq öldürüb.

GuNXeBeR.Az “Report”a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Belə ki, 1961-ci il təvəllüdlü İlqar Əliyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçmək istəyən piyada, 1973-cü il təvəllüdlü Zahid Xibabayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.