Bakıda Suraxanı rayon sakini Kamal Şükürova bıçaqla ağır xəsarət yetirməkdə təqsirləndirilən Emin İbrahimovun məhkəmə baxış iclası keçirilib.

GuNXeBeR.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda tərəflərin müdafiəçiləri tərəfindən müəyyən vəsatətlər məhkəməyə təqdim olunub. Daha sonra dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilənə ittiham aktını elan edib.