Bakının Zаbrаt qəsəbəsində yеrləşən “Ruzi” mаrkеtdən alınan çörəkdən siqaret kötüyü çıxması iddiası ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlama aparıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb:

“Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.

Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir”.