“Biləsuvarda şagirdin intihar etməsi ilə bağlı Şərqi-Zəngəzur Regional Təhsil İdarəsində araşdırma aparılır”.

Bu barədə Oxu.Az-a Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

“Biləsuvarda şagirdin (müəyyən səbəblərdən ad və soyad qeyd edilmir ) intihar etməsi barədə məlumatlıyıq. Hadisə ilə bağlı hazırda Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, – deyə qurumdan bildirilib.

[site_title] Nurlan Nugayev

Bullinqə məruz qalan şagird özünü öldürdü – Gecə saatlarında baş verən intiharın DETALLARI

Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub. 

GuNXeBeR.Az-ın əldə etdiyi məlumata görə, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub. 

Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.

Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.

17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı araşdırma aparılır.