Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edərək video çəkib sosial şəbəkədə paylaşan əcnəbilər Azərbaycandan çıxarılıblar.
Bu barədə gunxeber.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin əcnəbilər barəsində məhkəmə hökmü ilə tətbiq edilmiş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının icrası məqsədilə həmin şəxslər 18.02.2026-cı il tarixində Dövlət Miqrasiya Xidmətinə təhvil verilmiş, eyni gündə onların ölkə hüdudlarından kənara çıxarılması və qanunla müəyyən edilmiş müddətdə ölkəyə girişlərinin məhdudlaşdırılması təmin edilib.





