Tovuz rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Gunxeber.Az xəbər verir ki, bu barədə Şəmkir Rayon Qaz İstismar İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, Şəmkir Rayon Qaz İstismar İdarəsinin Tovuz xidmət sahəsi, Tovuz rayonu Alakol Avtomatlaşdırılmış Qazpaylama Stansiyasından qidalanan Əyyublu kəndi ərazisində daxili imkanlar hesabına yeni çəkilmiş D 57, D 76 və D 89 mm-lik qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə fevralın 19-da saat 10:00-dan işlər başa çatanadək (cəmi 2 600 abonent) qaz təchizatı dayandırılacaq.

Zaqatala Regional Qaz İstismar İdarəsinin (RQİİ) Qax xidmət sahəsində 16:19-dan etibarən Qax ölçü qovşağının girişindən qaz təchizatı dayandırılıb.

Gunxeber.Az xəbər verir ki, bu barədə Zaqatala RQİİ məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması d-273 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkarlanan güclü qaz sızması ilə əlaqədardır.

Qeyd edilib ki, təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.