Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin dörd oyunu keçiriləcək.

Gunxeber.Az xəbər verir ki, gecənin ilk qarşılaşmasında “Qarabağ” Bakıda İngiltərənin “Nyukasl Yunayted” klubunu qəbul edəcək.

İzləyicilər “Qarabağ” – “Nyukasl Yunayted” oyununu “CBC Sport” TV-də izləyə biləcəklər.

Günün digər maraqlı qarşılaşmalarında isə “Budyo Qlimt” “İnter” ilə, “Brügge” “Atletiko Madrid” ilə üz-üzə gələcəklər. “Brügge” – “Atletiko Madrid” qarşılaşması “CBC Sport” TV-də, “Budyo Qlimt” – “İnter” qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

18 fevral

Saat 21:45, “Qarabağ” – “Nyukasl Yunayted” (“CBC Sport” TV).

19 fevral

Saat 00:00, “Budyo Qlimt” – “İnter” (İctimai TV);

Saat 00:00, “Brügge” – “Atletiko Madrid” (“CBC Sport”TV).