Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsində iki avtomobilin toqquşmasının təfərrüatı məlum olub.

Gunxeber.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 9:30-da rayonunun Uzuntəpə kəndi ərazisində, yeni Ələt-Astara yolunun üstündəki körpüdə baş verib.

Ülvi Niftullayevin idarə etdiyi VAZ-2106 avtomobili ilə Azər Hüseynovun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ziyan dəyib.