İsmayıllı rayonunda yanğın hadisəsi qeydə alınıb.

Gunxeber.Az xəbər verir ki, hadisə rayonun Diyallı kəndində yerləşən istirahət mərkəzində baş verib.

Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikası cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində alov qısa müddətdə nəzarətə götürülərək söndürülüb və yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

YouTube player