Binəqədi Rayon Məhkəməsində Bakıdakı “İdrak” liseyində müəllimini güllələməkdə təqsirləndirilən yeniyetmənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Gunxeber.Az-ın məlumatına görə, prosesdə istintaq orqanının təqdimatı təmin edilib və Ə.Ş. barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, fevralın 6-da Bakıdakı “İdrak” liseyində 28 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilova 10-cu sinif şagirdi Ə.Ş. tərəfindən güllələnib.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Ş. saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.