İsmayıllıda avtomobil piyadanı vurub.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Xanagah kəndi ərazisində qeydə alınıb.
Belə ki, fevralın 7-də saat 2 radələrində Zaur Bilalov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 36 yaşlı Cavad Xəlilovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır





