Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəlliməsi – 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı ov tüfəngi ilə yaralayıb.
Gunxeber.Az “Unikal”a istinadən xəbər verir ki, güllə yarası alan riyaziyyat müəlliməsi əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir. O, Ucar bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir.
Məlumata görə, Şəhla Kamilovanın əmisi Vəfadar Kamilov bir neçə il öncə faciəli şəkildə vəfat edib.





