Bakıda sürücü qeyri-adi üsulla qayda pozub.
Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan ilə Əlişir Nəvai küçəsinin kəsişməsində baş verib.
Sürücülərdən biri qayda pozmaq üçün qeyri-adi üsuldan istifadə edib. Belə ki, o, hərəkətdə üstünlük qazanmaq məqsədilə əvvəlcə piyada işıqforunun düyməsini sıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin qırmızı işıqda gözləmələrinə səbəb olub.
Ardınca isə özü qoşa xəttin tələbini pozaraq geridönmə manevri edib.






