Şəmkir rayonunda dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi müəyyənləşib.

Gunxeber.az-ın yerli bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü A. Nəbiyevin başına küt alətlə zərbə endirilib. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, 56 yaşlı kişi oğlu tərəfindən qətlə yetirilib. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.



***

11:27


Şəmkirdə bədbəxt hadisə baş verib.

Gunxeber.az-ın yerli bürosunun məlumatına görə, rayonun Zəyəm Cırdaxan kənd sakini 1970-ci il təvəllüdlü A.Nəbiyev kənd ərazisində dərəyə yıxılıb. 56 yaşlı kişi hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.