Samux rayonunda doqquz yaşlı oğlan dəm qazından boğulub.
Gunxeber.Az-ın məlumatına görə, hadisə Samux şəhəri, 28 May küçəsində baş verib.
Həmin ünvanda yaşayan 2017-ci il təvəllüdlü M.Əsgərov hamamda dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.






