Bakıda hoteldə qətl hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə ötən gün paytaxtın Xətai rayonunda yerləşən “Boulevard Hotel”də qeydə alınıb. Orada ofisiant kimi çalışan 1996-cı il təvəllüdlü Şəmistan Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Seymur Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.

Salanılan şəxsin də orada ofisiant olduğu, hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.