Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, 1980-cı il təvəllüdlü Fizuli Hilal oğlu Mənsimov idarə etdiyi “Mitsubishi Pajero” avtomobili ilə yolu keçən piyada 1981-ci il təvəllüdlü Hikmət Qəhrəman oğlu İsgəndərovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.