DSX və Səfərbərlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artırıldı

Prezident İlham Əliyev bir sıra dövlət xidmətlərinin həqiqi hərbi xidmət hərbi qulluqçularının əməkhaqqıları ilə bağlı fərmanlar imzalayıb.

GuNXeBeR.Az President.az-a istinadən bildirir ki, müvafiq fərmanlarla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.

Bu fərmanlar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir