Çində hədəfləri dəqiq vura bilən silaha malik pilotsuz uçuş aparatı (PUA) sınaqdan keçirilib.

Gunxeber.Az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Məlumata görə, xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş yeni Çin hərbi dronu canlı atəş sınaqları zamanı görünməmiş dəqiqlik nümayiş etdirərək, standart “tüfənglə” insan ölçüsündə olan hədəfi sərrast vurub.

Sınaqlar zamanı dron 10 metr hündürlükdə və hədəfdən 100 metr məsafədə 20 dəfə tək-tək atəş açıb.