Bakıda evdən kişi meyiti tapılıb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, M.Arif küçəsindəki mənzillərdən birində baş verib.

Həmin ünvanda kirayədə yaşayan – Ağdaş rayonunda daimi qeydiyyatda olan 1965-ci il təvəllüdlü Pənah Qarayevin cansız bədəni yanvarın 23-də saat 03 radələrində yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.