Bakıda 40 yaşlı qadın qətlə yetirilib.
Gunxeber.Az “Report”a istinadən xəbər verir ki, öldürülən qadın Biləsuvar rayon sakini, 1986-cı il təvəllüdlü Günel Tapdıq qızı Abbasovadır.
İlkin məlumata görə, onun qətlində əri şübhəli bilinir.
Mərhumun nəşi doğulduğu Zəhmətabad kəndinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.