Milli Məclisdə siyasi partiyaların mövcud durumu ilə bağlı ictimai müzakirə keçiriləcək.

Gunxeber.Az xəbər verir ki, sözügedən məsələ parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planına daxil edilib.

İş planında, həmçinin dini abidələrin, eyni zamanda, ictimai birliklərin mövcud durumu ilə bağlı ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulub.