Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
Gunxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin bir otağının və dəhlizinin tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən üç nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





