Binəqədidə avtomobil və motosiklet qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, paytaxtın Binəqədi rayonunda bir nəfər VAZ-21011 markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb.
Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.






