Gəncliyi qorumaq üçün narkomaniyaya qarşıı birlikdə mübarizə aparırıq

Antinarkotik təbliğatı çərçivəsində Nərimanov rayonundakı S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Rayon Polis İdarəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən maarifləndirici tədbirdə polis əməkdaşları, məktəbin müəllim və yuxarı sinif şagirdləri, eləcə də valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən Nərimanov RPİ-nin rəis müavini polis mayoru Bəxtiyar Abbaszadə narkomaniyanın gəncliyimizi hədəfə aldığını diqqətə çatdıraraq onunla mübarizədə dövlətimizin bütün qurumlarının səfərbər olduğunu bildirib.

Qeyd olunub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirlərinin məqsədi onları layiqli cəzalarına çatdırmaqdır. Bu istiqamətdə keçirilən maarifləndirmə tədbirləri də vətəndaş məmnunluğu ilə müşahidə olunur.

Gənclərə təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə edən tədbir iştirakçıları milli-mənəvi təhlükə mənbəyinə çevrilən narkomaniyanın dinindən, irqindən, milliyətindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcəli təhlükə olduğunu diqqətə çatdırıblar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkomaniyanın fəsadlarından bəhs edən sosial çarx nümayiş etdirilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir