Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Daha Yaxşı Bir Sən” podkast layihəsinə rəsmi olaraq start verilib.
Gunxeber.az bildirir ki, layihə gənclərin maraq dairəsinə, yaradıcı potensialına və peşəkar inkişafına töhfə verməyi hədəfləyir.Layihə çərçivəsində 6 müxtəlif istiqamət üzrə podkast buraxılışları hazırlanacaq. Hər buraxılışda öz sahəsində təcrübəli və tanınmış mütəxəssislər iştirak edərək, gənclərlə dəyərli bilik və tövsiyələrini bölüşəcəklər.
Podkast mövzularına aşağıdakılar daxildir:
Reklam siyasəti
Rəqəmsal marketinq
Qrafik dizayn
Kontent yaradıcılığı
Kreativ düşünmə və şəxsi inkişaf
Fotoqrafiya və videografiya
Hazırlanan buraxılışlar həm nəzəri məlumatları, həm də praktiki təcrübələri bir araya gətirərək gənclərə sahə üzrə yenilikləri öyrənmək, yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və peşəkar dünyaya daha inamlı addım atmaq imkanı yaradacaq.

Layihənin rəhbəri Zakir Quliyev bildirib ki, “Daha Yaxşı Bir Sən” podkast seriyası gənclərin bilik və motivasiyasını artırmaqla yanaşı, onları müasir trendlərə uyğun inkişaf istiqamətlərinə yönəldəcək. Onun sözlərinə görə, bu platforma hər bir gəncin öz üzərində işləməsinə, yeni bacarıqlar əldə etməsinə və özünə inamının güclənməsinə dəyərli dəstək göstərəcək.Layihə çərçivəsində yayımlanacaq podkastlar yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.






