Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi saxlanılıb.

Gunxeber.Az-ın məlumatına görə, mayor İlham Haqverdiyev korrupsiya cinayətində təqsirləndirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb və o, məsuliyyətə cəlb edilib.