Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə xəstəxanaya yerləşdirilib.
Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, körpənin zirzəmiyə atılması ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır. Azyaşlının həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır.
Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Mingəçevirdə atılmış körpə tapılıb.
Gunxeber.Az xəbər verir ki, körpə Heydər Əliyev prospektində, Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində aşkar edilib.
Tapılan körpə oğlan uşağı xəstəxanaya çatdırılıb. Hələlik onun kimliyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.






