A Seriyası: “Napoli” səfərdə “Atalanta”ya qalib gəldi

İtaliya A Seriyasında 21-ci turun mərkəzi qarşılaşması keçirilib.

GuNXeBeR.Az xəbər verir ki, turnir cədvəlinin liderlərindən olan iki klub “Atalanta” və “Napoli” üz-üzə gəliblər.

Berqamo şəhər stadionunda baş tutan matçda hesabı meydan sahibi “Atalanta” açsa da, sonda sevinən tərəf qonaqlar olub – 2:3.

Bu nəticədən sonra “Napoli” 50 xalla yarış cədvəlinə başçılıq edir. “Atalanta” isə liderdən 7 xal geri qalmaqla ilk üçlüyü qapayır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir