Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Naxçıvan şəhər sakini, 1997-ci il təvəllüdlü Novruz Etibar oğlu Mehdiyev “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarına aşırıb.

Hadisə nəticəsində avtomobildə olan 1988-ci il təvəllüdlü Fuad Etibar oğlu Məmmədov ölüb, 1990-cı il təvəllüdlü Coşqun Cavid oğlu Nuriyev isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.